AZ

Qanunsuz süni mayalanmaya görə cəza sərtləşdirilir

Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər çərçivəsində süni mayalanma və tibbi sterilizasiya ilə bağlı cəza tədbirləri sərtləşdirilib. AzPost bildirir ki, qanunsuz olaraq qadına süni mayalanma və ya embrionun implantasiyası, habelə şəxsin razılığı olmadan tibbi sterilizasiya əməliyyatları törədildikdə, bu əməllər ehtiyatsızlıqdan sağlamlığa zərər vurarsa, yeni cəza tədbirləri tətbiq olunacaq.

Qanun layihəsinə əsasən, belə hallarda artıq yalnız azadlıqdan məhrum etmə deyil, həm də iki ildən dörd ilədək azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulub. Bundan əlavə, təqsirkar şəxs üç ilədək müəyyən vəzifə tutmaq və ya fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilə bilər.

Hazırda qüvvədə olan qanunvericilikdə isə analoji hallarda əsasən islah işləri və ya azadlıqdan məhrumetmə cəzası tətbiq edilirdi. Yeni dəyişikliklər bu sahədə hüquqi məsuliyyətin daha aydın və konkret şəkildə müəyyən olunmasını, habelə şəxsi toxunulmazlıq hüquqlarının daha güclü qorunmasını hədəfləyir.

Təklif olunan dəyişikliklərin məqsədi reproduktiv hüquqların qorunması, insan orqanizminə tibbi müdaxilələrdə razılıq prinsipinin təmin olunması və bu sahədə yaranan hüquq pozuntularına qarşı cəza mexanizmlərinin təkmilləşdirilməsidir.

Qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

AzPost.az

Seçilən
23
azpost.info

1Mənbələr