AZ

Bu bazar ertəsi iş olmayacaq

16 iyun Azərbaycanda iş günü olmayacaq. Metbuat.az-ın məlumatına görə, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin yerləri dəyişdirilib. Belə ki, bu il 15 iyun – Milli Qurtuluş Günü bazar gününə təsadüf edir. Bu səbəbdən 16 iyun qeyri-iş günü elan olunub. Qeyd edək ki, 14 iyun da şənbə günüdür. Beləliklə, vətəndaşlar ardıcıl üç gün – 14, 15 və 16 iyun tarixlərində istirahət edəcəklər.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
65
34
metbuat.az

10Mənbələr