AZ

Gürcüstanda daha bir müxalifət lideri həbs olundu

TBİLİSİ, 13 iyun. TELEQRAF

Gürcüstanın müxalif “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Nika Qvaramiya həbs olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Tbilisi şəhər məhkəməsi siyasətçiyə qarşı girov qətimkan tədbirini həbslə əvəzləyib.

N.Qvaramiya məhkəmə iclasında iştirak etməyib.

Müxalifətçi parlamentin istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunur. Tbilisi məhkəməsi ona qətimkan tədbiri kimi 30 min lari məbləğində girov tətbiq edib. Girovun ödənilməsi üçün müddət iyunun 7-də başa çatıb.

Qeyd edək ki, eyni ittiham irəli sürülmüş digər müxalifət liderləri Nika Meliya, Zurab Caparidze və sabiq müdafiə naziri İrakli Okruaşvili də girovu ödəmədiklərinə görə ötən ay həbs ediliblər.

Seçilən
14
teleqraf.com

1Mənbələr