AZ

Boksçu kütləvi davaya görə üç il azadlıqdan məhrum edildi

Ağır çəkili Lukaş Fayk (11-1, 7 KO) 2022-ci ildəki davaya görə həbs cəzasına məhkum edilib. 

NOCOMMENT.az xarici mediaya istinadla bildirir ki, boksçu o zaman qardaşı və digər iki kişi ilə birlikdə qardaşının sevgilisi ilə münqaişə edən bir bar ziyarətçisinə hücum edib.

İlkin olaraq məhkəmə şərti hökm çıxarıb: beş il sınaq müddəti ilə üç il həbs və zərərçəkənə 2,3 milyon kron məbləğində təzminat ödəmək öhdəliyi. Lakin sonradan qərar dəyişdirilib – Fayk qardaşlarına real həbs cəzası, digər iştirakçılara isə şərti cəza verilib.

Lukaşın son döyüşü apreldə olub və o, Fight Night Challenge 9 turnirində üçüncü raundda Aleks Tsvernanı məğlub edib.\\Lent.az

Seçilən
3
2
nocomment.az

3Mənbələr