AZ

Bu şəxslərə də diplomatik passport veriləcək

Xarici İşlər Nazirliyi tərəfindən diplomatik passport verilən şəxslərin siyahısı genişləndirilib.

 

Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Pasportlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

 

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri də diplomatik pasport əldə edə biləcəklər.

 

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

 

Firuzə Əliyeva
Sfera.az

Seçilən
60
13
sfera.az

10Mənbələr