AZ

"İsrail kəşfiyyatı da Ukrayna kimi oxşar əməliyyat hazırlayıb"

"Fikrimcə, İsrailin İrana hava zərbələrinin endirməsində Ukrayna kəşfiyyatının Rusiya ərazisində həyata keçirdiyi som əməliyyatın da rolu olub. Ukrayna kəşfiyyatı dronları Rusiya ərazisinə keçirərək bombardmançı təyyarələrə zərbələr endirmişdi".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Ukraynanın həyata keçirdiyi bu uğurlu əməliyyat İranın da diqqətini çəkə bilərdi:

"İsrailin İran ərazisində güclü xəfiyyə şəbəkəsi mövcuddur və məhz bu şəbəkə illər ərzində uranın zənginləşdirilməsi mərkəzlərində çalışan bir qrup alimi öldürüb. Sən demə İsrail kəşfiyyatı da Ukrayna kəşfiyyatı kimi oxşar əməliyyat hazırlayıb və dronları bir müddət əvvəl İran ərazisinə keçirib. Məhz bu dronlar İrandakı hədəf seçilən mərkəzlərə zərbələr endirib, yüksək rütbəli generalları evlərində öldürüb. İran əks-kəşfiyyatı Ukraynanın Rusiyada həyata keçirdiyi gizli əməliyyatın oxşarının İsrailin İran ərazisində baş verə biləcəyini proqnozlaşdıra bilərdi. Mümkündür ki, İsrail İran ərazisində yerləşdirdiyi dronların aşkarlanacağından ehtiyatlanaraq hərbi əməliyyatı sürətləndirib".

Vasif ƏLİHÜSEYN 

Seçilən
31
7
redaktor.az

8Mənbələr