AZ

“Dünyanın bütün tədbirlərinin Qarabağda keçirilməsini istəyirlər”

“Bu gün biz vaxtilə borc alan ölkədən, borc verən dövlətə çevrilmişik”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. 

“Hazırda Azərbaycan məhz Qurtuluş nəticəsində ayrı-ayrı ölkələrə investisiyalar qoyur, yollar çəkir, digər layihələrdə iştirak edir, müəssisələr, hotellər tikir. Qurtuluşun və büdcənin icrasının nəticəsidir ki, bu gün Qarabağ Universiteti yaranıb. Laçında, Füzulidə, Zəngilanda, Xocalıda Qurtuluşun aeroportları tikilir, fəaliyyət göstərir. 

Bu gün biz o büdcədən, vaxtilə KAMAZ “şofer”lərinin rəhbərliyi ilə yaradılan ordudan nizami ordu yaratmışıq. Azərbaycanda artıq dünyanın tanıdığı ordu fəaliyyət göstərir. 

Qurtuluş olmasaydı, ayrı-ayrı ölkələrdən bütün qaçqınlarımıza yardımlar xahiş edirdik. Bu gün isə biz qaçqınlarımızın layiqli şəkildə öz dədə-baba yurdlarına qayıtmağını təmin edirik. Hazırda dünyanın bütün tədbirlərinin Qarabağda keçirilməsini istəyirlər”, - deyə deputat qeyd edib.

Nuranə Daxilqızı 

Seçilən
66
1
qafqazinfo.az

2Mənbələr