AZ

Əsas kapitala yönəldilən investisiyaların həcmi cüzi azaldı

BAKI, 13 iyun. TELEQRAF

Bu ilin yanvar-may aylarında əsas kapitala 6694,6 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz az investisiya yönəldilib.

Dövlət Statistika Komitıəsindən Teleqraf-a verilən məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 21,9 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 11,7 faiz artıb..

İstifadə olunmuş investisiyanın 3363,0 milyon manatı və ya 50,2 faizi məhsulistehsalısahələrinə, 2236,8 milyonmanatı (33,4 faizi) xidmət sahələrinə, 1094,8 milyon manatı (16,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 5048,7 milyon manatını və ya 75,4 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 5231,4 milyon manatı və ya 78,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Seçilən
36
4
teleqraf.com

9Mənbələr