
İranın BMT-dəki Daimi Nümayəndəliyi İsrailin gecə hücumu ilə əlaqədar dünya təşkilatının Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib.
Yeniavaz.com “Tasnim” agentliyimə istinadla xəbər verir ki, bu barədə Daimi Nümayəndəliyin rəhbəri Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının sədrinə müvafiq məktub göndərib.
İran tərəfi hücumu qeyri-qanuni və düşünülmüş təcavüz aktı adlandırıb.