AZ

Əllərin daim soyuq olması bu 4 xəstəliyin əlaməti ola bilər

Əllərin daim soyuq olması bu və ya digər xəstəliyin mövcudluğundan xəbər verə bilər.

Bizim.Media Publika.az-a istinadən xəbər verir ki, bunu həkim Daniel Lopes Rozetti deyib.

Mütəxəssis “Infobae” nəşri ilə söhbətində onlardan dördünün adını çəkib.

Rozetti, soyuq əllərin periferik arteriya xəstəliyi ilə əlaqəli ola biləcəyini deyib. O, həmçinin "hipotiroidizmin, qeyri-aktiv tiroid bezinin əlaməti ola bilər" deyə davam edib.
 

Həkim, həmçinin əlləri soyuq olan insanları qan azlığı üçün müayinədən keçməyə çağırıb. Onun sözlərinə görə, bu, toxumaların oksigenlə təmin edilməsində problemlər yaradır.


Rozetti sonda əlavə edib ki, bu, həm də soyuq və stresə cavab olaraq qan damarlarının həddindən artıq daraldığı reynaud xəstəliyi sindromunun təzahürü ola bilər. 

Bizim.Media

Seçilən
25
5
bizim.media

7Mənbələr