AZ

Haqqın carçısıdı,bizim polislər

ain.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Cinayət çoxalıb,artardı hər an,

Cinayət əlindən ağlardı cahan,

Cinayət edərdi,yerindən qalxan.

Haqqın carçısıdı,bizim polislər.

******

Yaxşıyla,yamanın yerini bilən,

Ən çətin anlarda köməyə gələn,

Hər yerdə,hər bir an onlara güvən.

Haqqın carçısıdı,bizim polislər.

******

Haqqın yollarında  yanan işıqdı,

Haqq sözünü deməyə,onlar aşıqdı,

Düzlük olan yerdə sülh,barışıqdı.

Haqqın carçısıdı,bizim polislər.

******

Dövlətə arxadı,xalqına kömək,

Həmişə onları biz dayaq bilək,

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Qoy,onlar sağ olsun,biz deyək,gülək.

Haqqın carçısıdı,bizim polislər.

******

Qorxmadan,hər yerdə işıq saçırlar,

Ən çətin işlərin üstün açırlar,

Bu dünyada,tək haramdan qaçırlar.

Haqqın carçısıdı,bizim polislər.

******

Qardaşımın timsalında,bütün Azərbaycan polislərinə həsr edirəm.

Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
adalet.az

1Mənbələr