AZ

Türkiyə İsraili vura bilərmi?

ain.az bildirir, Missiya.az portalına istinadən.

İyunun 13-nə keçən gecə İsrail İranın bir sıra şəhərlərinə hava zərbələri endirdi və nəticədə İslam Respublikasının 3 generalı, o cümlədən 6 nüvə alimi həlak oldu. İsrail rsmiləri İrana qarşı hücumların davam edəcəyini açıq bəyan edirlər. Və belə olacağı təqdirdə iki ölkə arasında yaşanan gərginlik hər an öz fazasından çıxaraq regiona yayıla bilər. Belə olacağı təqdirdə əsas diqqət Türkiyənin üzərinə düşəcək. Çünki hazırda Ankara və Tel-Əviv arasında münasibətlər heç də ürəkaçan deyil.Odur ki, ortaya suallar çıxır: Türkiyənin mövqeyi necə olacaq? Ankara da İsrailə zərbələr endirə bilərmi?.. 

Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən politoloq Turab Rzayev qeyd edib ki, bölgədə müharibənin olmasını heç kim istəmir. 

“Türkiyənin çalışdığı odur ki, onun ətrafında müharibə olmasın. Türkiyə gördü ki, Suriya və İraqda bu stabillik pozulacaq, məcburi şəkildə fevzola götürdü. Ankara İraqda dağlarda özünə xüsusi dayaq məntəqələri yaradıb və xüsusi əməliyyatlar keçirir. Dağların zirvələrinə demək olar ki, nəzarət Türkiyənin əlindədir. Bütün sərhədləri bu şəkildə nəzarətə götürür və çalışır ki, digər sərhədlərdə problem olmasın. Məsələn, İranla sərhədə həm hasar çəkib, həm də İranda qarşıqliq olarsa orada da bir fevzola götürəcək. Türkiyə əsasən öz ərazisini müdafiə eləməyə çalışır”.

Turab Rzayevin fikrincə  Ankara İsrailin güclənməsini və cəzasız qalmasını qəbul edə bilmir. 

“Bundan əvvəl Türkiyə dəfələrlə İranı BMT-nin təzyiqlərindən xilas eləyib. Xatırlayırsınız, 2012-ci ildə İrana qarşı əməliyyat hazırlanarkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan braziliyalı həmkarı Lula da Silvanı Ankaraya çağırıb İranın sabiq Prezidenti Əhməd Necata məcbur elan etdirdilər ki, bizdə nüvə silah yoxdur. Çünki BMT gəlib yoxlaya bilər və bu şəkildə İranın vurulmasının qarşısı alındı. Yəni İran nankorluk eləsə də, Türkiyə daim çalışır ki, İranı bu məsələdə müdafiə etsin. İndi də Türkiyə İsraili qınayacaq. Təkcə Türkiyə yox, digər region ölkələri də İsraili qınayır. Məsələn, Oman israili qınayan ilk müsəlman ölkəsi oldu. Səudiyyə Ərəbistanı belə İranın düşməni kimi görünməsinə baxmayaraq, onlar da bu hücumu qınadı”. 

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Poıotoıoq hesab edir ki, İran ərazisinə zərbələrə cavab olaraq  Yaxın Şərqdəki ABŞ hərbi bazalarına, o cümlədən İsrailə arşı hücumlar  həyata keçirə bilər.

Görünən  odur ki, yaranmış vəziyyətdən heç kəs  məmnun deyil, o cümlədən Türkiyə də:

“Ancaq digər tərəfdən İsrailin cəzasız qalması da Türkiyə tərəfindən xoş qarşılanmır. Çünki Suriyada İsrail vaxtaşırı aviasiya zərbələri endirir. Hətta Türkiyənin yardım etdiyi bazalara da zərbə endirdi və bu Ankara ilə çox böyük gərginliyə səbəb olmuşdu. İndi İsrail İranda gərginliyini artırır. Bütün bunlar fonunda Türkiyə çalışacaq ki, İrana hansısa bir dəstək göstərsin. Ən azından texnoloji dəstək ola bilər ki, İranın bombalanmasının qarşısını alsın. Yəni Türkiyə İrana qarşı lobiçilik edəcək ki, ABŞ və ya İsrail İranın ərazi bütövlüyünü təhdid edə bilməsin. Amma Türkiyə İrana görə birbaşa İsrailə hansısa zərbələr endirməyəcək”.

Daşqın Həsənov

Missiya.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
missiya.az

2Mənbələr