2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatı tarixdəki ən inklüziv klub turniri olacaq.
Publika.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Yarışda ümumilikdə 81 ölkəni təmsil edən futbolçular iştirak edəcək. Bu da FİFA-nın rəsmi turnirləri üzrə rekord göstəricidir.
Azərbaycan klub mundialında təmsil olunmayacaq. Lakin bütün quru qonşularımızın futbolçuları yarışda iştirak edəcəklər.