ain.az bildirir, Bakivaxti portalına istinadən.
Almaniya Kansleri Fridrix Merts İsrailin Baş naziri Binyamin Netanyahunun ona telefonla İsrailin İrana qarşı hərbi əməliyyatları və onların məqsədləri barədə məlumat verdiyini bəyan edib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, onun sözlərini Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti sitat gətirib.
"Gecə saatlarında İsrail qüvvələri İranın nüvə obyektlərinə, həmçinin İran ordusunun və İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbər strukturlarına zərbələr endirib. İsrailin Baş naziri Binyamin Netanyahu bu gün səhər telefonla məni hərbi əməliyyatlar və onların məqsədləri barədə məlumatlandırıb", - F.Merts bildirib.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Almaniya Kansleri qeyd edib ki, təhlükəsizlik məsələləri üzrə hökumətin iclası keçirilib: "Biz mövcud məlumatlarımız əsasında vəziyyəti nəzərdən keçirdik".
F.Merts bildirib ki, təhlükəsizlik orqanları Almaniyada yəhudi və İsrail müəssisələrinin mühafizəsini gücləndirəcəklər.
“İsrail və İranı regionun daha da eskalasiyasına və destabilizasiyasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq”, - o qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.