2025-ci ilin yanvar-mayında ölkədə itehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 105,9 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,5 %, qeyri-qida məhsulları üzrə 102,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,3 % təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Cari ilin mayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 106,3 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 107,8 %, qeyri-qida məhsulları üzrə 102,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,3 % olub.
2025-ci ilin martında illik inflyasiya 5,9% təşkil edib. Ərzaq məhsullarının qiyməti 6,5%, xidmətlər 7,5%, qeyri-ərzaq malları 2,8% artıb.
2024-cü ildə orta illik inflyasiya 2,2% olub. 2025-ci il üçün inflyasiya proqnozu isə 4,6% təşkil edir.
Aytac Zeynalova