
BBC-nin səhiyyə məsələləri üzrə müxbiri Philippa Roxby bağırsaq xərçənginin erkən aşkar olunmasına kömək edən məqamlar haqqında yazıb.Bağırsaq xərçəngindən necə xəbər tutmaq olar?Üç əsas əlamətə diqqət etmək lazımdır: • nəcisinizdə qanın (parlaq və ya tünd qırmızı rəngdə) olmasına;• tualetə daha tez-tez getmənizə, nəcisinizin həmişəkindən daha bərk və ya daha boş olmasına;• qarnınız şişmiş və bərk olanda ağrı hiss etmənizə. Başqa simptomlar da ola bilər: • sürətlə arıqlamanız;• tualetə gedəndən sonra bağırsağınızın tam boşalmadığını hiss etməniz;• özünüzü həmişəkindən daha yorğun hiss etməniz və ya başgicəllənmələr.Nəcisinizdə və anusunuzda qan olub-olmadığına nəzarət edinBunlar bağırsaq xərçənginin əlamətləri olmaya da bilər, amma belə vəziyyət üç həftədən çox davam edərsə, həkimə getməlisiniz.Bəzən bağırsaq xərçəngi nəcisin bağırsaqdan keçməsinə imkan vermir. Bu, şiddətli qarın ağrısına və qəbizliyə səbəb ola bilər.Belə hallarda dərhal səhiyyə qurumlarına müraciət etməlisiniz.Nəcisə necə nəzarət etməli?Hər dəfə tualetə gedəndə nəcisinizə diqqət etməlisiz. Həm də bu haqda danışmaqdan çəkinməməlisiz.Nəcisinizdəki qandan başqa, həm də rektal (anus) qanaxmanın olub-olmadığını yoxlamalısız.Parlaq qırmızı rəngli qan həm hemoroiddən, həm də bağırsaq xərçəngindən qaynaqlana bilər.Tünd qırmızı və ya qara rəngli qanınsa həm bağırsaqlardan, həm də mədədən gəlməsi ehtimalı var.Tualet vərdişlərinizdə dəyişikliklər yarana bilər - ora daha tez-tez getdiyinizi və ya daha az gedərək bağırsaqlarınızı tam boşalda bilmədiyinizi hiss edə bilərsiz. Britaniyanın Bağırsaq Xərçəngi Fondu tövsiyə edir ki, həkimə getməzdən əvvəl əlamətləri qeyd etmək üçün gündəlik tutasız. Həkimlər müxtəlif bağırsaq problemləri olan xeyli adam tanıyırlar, bu xəstəliyin əlamətlərini bilirlər. Buna görə də onlara tualet vərdişlərinizdəki dəyişikliklər və qanaxmalar haqqında məlumat verməkdən çəkinməyin.Bağırsaq xərçəngini yaradan səbəblər hansılardır?Bağırsaq xərçənginə nələrin səbəb olduğu dəqiq bilinmir. Amma bu xəstəliyin yaranması ehtimalını artıran bəzi amillər var: • yaş artdıqca xərçəng, o cümlədən, bağırsaq xərçəngi ehtimalı da artır. Əksər hallarda 50 yaşdan yuxarı insanlarda rast gəlinir;• çox miqdarda qırmızı ət və kolbasa, həmçinin bekon kimi emal olunmuş ətlər yemək;• siqaret çəkmək;• çox miqdarda spirtli içki içmək;• artıq çəki və ya piylənmə;• bağırsaqda şişə çevrilə bilən poliplərin olması.Bu, irsi xəstəlikdirmi?
Bağırsaq xərçəngi yoğun və ya düz bağırsaqda yarana bilir, ona həm də kolorektal xərçəng deyilirƏksər hallarda bağırsaq xərçəngi irsi xarakter daşımır. Amma 50 yaşından əvvəl belə bir diaqnoz qoyulmuş yaxın qohumlarınız varsa, bunu həkiminizə deməlisiz. Linç sindromu kimi bəzi genetik amillər bağırsaq xərçəngi riskinin daha yüksək olması əlaməti sayıla bilər. Həkimlər belə “mirasdan” xəbərdar olanda onların da qarşısını almaq mümkündür.Riski necə azaltmaq olar?Alimlər deyirlər ki, sağlam həyat tərzi sürmək bağırsaq xərçəngi hallarının yarısından çoxunun qarşısını ala bilər. Bunun üçün idmanla daha çox məşğul olmaq, daha çox lifli qidalar və daha az yağ istehlak etmək, gündə təxminən altı-səkkiz stəkan su içmək lazımdır.Necə test olunur?Alimlər 50-70 yaş arası insanlara hər 10 ildən bir kolonoskopiya müayinəsi tövsiyə edirlər. Ailəsində yoğun bağırsaq polipləri, yoğun bağırsaq xərçəngi, xoralı kolit, Kron (Crohn) xəstəliyi, irsi polipoz və ya digər əlamətlər olan şəxslərə 40 yaşdan etibarən MRT müayinəsi tətbiq edilir. Daha gənc yaş qrupuna aid olsanız belə, hər hansı əlaməti aşkar etdiyinizdə siz də həkimə müraciət etməlisiz, özünüz tətbiq edə biləcəyiniz test dəstlərini almamalısız. Çünki nəticələri çaşdırıcı ola bilər.Hansı müalicə növləri var?Bağırsaq xərçəngi, xüsusilə də erkən aşkar edildiyi hallarda müalicə edilə bilir. Genetik testlərin nəticələrinə görə müalicə üsulları fərdi xarakter daşıyır. Bağırsaq xərçənginin müalicəsi zamanı cərrahiyyə, dərman müalicəsi (kimyaterapiya) və şüa terapiyası (radioterapiya) kimi fərqli variantlardan istifadə olunur.Xərçəng xəstəliyinin hansı mərhələləri var?• Birinci mərhələ - xərçəng şişi kiçik ölçüdədir və yayılmayıb.• İkinci mərhələ - xərçəng şişi nisbətən böyükdür, amma hələ də yayılmayıb.• Üçüncü mərhələ - xərçəng şişi limfa düyünləri kimi bəzi ətraf toxumalara yayılıb.• Dördüncü mərhələ - xərçəng şişi orqanizmin başqa bir orqanında da yaranıb.Ulusum.az
Diqqət Çəkənlər
Hindistanda DƏHŞƏT: Təyyarə yaşayış məhəlləsinə düşdü – 240-dan çox sərnişin var idi - VİDEO
Dronlar savaşın yeni üzü — Trampdan Rus-Ukrayna münaqişəsi barədə şok açıqlama
Air India təyyarə qəzasında bir nəfər sağ qaldı – sərnişin Britaniya vətəndaşıdır - VİDEO