AZ

"Maliyyə Nazirliyində geniş islahatlara başlanılıb"

"Dövlət maliyyəsinin daha səmərəli idarəolunması və büdcə prosesinin təkmilləşdirilməsi istiqamətində Maliyyə Nazirliyində müvafiq işçi qrupları yaradılıb və geniş islahatlara başlanılıb".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

"İslahat proqramı çərçivəsində dövlət büdcəsinin gəlir və xərclərinin təhlili, optimallaşması, dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, mühasibat uçotu sahələrində təkmilləşdirmə tədbirlərinin görülməsi, rəqəmsal idarəetmə və müasir elektron həllərin büdcə prosesində tətbiqi imkanları təmin olunacaq. Bildirilən rəy və təkliflərə aparılan islahatlar çərçivəsində bir daha baxılacaq", - deyə nazir bildirib.

©Unikal.az

Seçilən
26
8
valyuta.az

9Mənbələr