İsrailin İrana hücumu səbəbindən bütün mülki təyyarələr bölgədən yayındığından, Yaxın Şərqin səması boş görünür.
Publika.az xəbər verir ki, bu barədə dünya mətbuatı yazır.
İsrail, İran və İraqın hava məkanı bağlandıqdan sonra İordaniya hakimiyyəti də eyni qərarı qəbul edib.
Bu cür tədbirlər İsrail və İran arasında zərbələrin “mübadiləsi” zamanı mülki təyyarələrin vurulması riskini azaltmaq məqsədi daşıyır. Hava limanlarında gecə reysləri ləğv edilib.
Qeyd edək ki, İsrailin hərbi hava qüvvələri İran ərazisinə irimiqyaslı hava zərbələri endirib. Nüvə obyektlərinə, İranın yüksək rütbəli hərbçilərinin evlərinə və yaşayış məntəqələrinə beş hücum dalğası qeydə alınıb. Ölənlər və yaralananlar var.