AZ

İqtisadiyyatın qeyri-neft-qaz sektorunda 3,9 faiz artım qeydə alınıb

2025-ci ilin yanvar-may aylarında ölkədə 50099,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,9 faiz artıb.

ÜDM istehsalının 36,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 4,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 4896,1 manata bərabər olub.

Seçilən
38
5
vergiler.az

10Mənbələr