Sərnişinlər pilotsuz təyyarələrə görə 22,5 saat Moskvadan Tbilisiyə uça bilməyiblər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Azimuth Airlines reysi gecə yarısı havaya qalxmalı idi, lakin planlar pilotsuz təyyarənin hücumu ilə pozulub.
Uçuş səhər saat 4-ə qədər gecikib və nəhayət, təyyarə havaya qalxdıqda, bir saat sonra yenidən Moskvaya qayıtmalı olub. Bu dəfə vurulan bir təyyarə səbəbiylə.
Salonda kimsə ağlayır, kimsə aviaşirkətdən izahat almağa çalışır, bəziləri isə dözməyib başqa reyslərə bilet alırdı.
“Uçuş 22,5 saat gecikmə ilə Tbilisiyə uçdu. Bildiriş Moskva vaxtı ilə təxminən 15:30-da dərc edilib. Belə ki, sərnişinlər 22,5 saat uçuşlarını gözləyiblər”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az