İsrailin hücumundan bir neçə saat sonra İranın Qum şəhərinin yaxınlığında yerləşən Cəmkəran məscidinin üzərində qırmızı qisas bayrağı qaldırılıb.
Oxu.az bu barədə İran KİV-ə istinadən xəbər verib.
Qeyd edək ki, sonuncu dəfə 2024-cu ildə İranda Cəmkəran məscidinin üzərində İsmayıl Haniyənin qətlinin qisasını almaq əlaməti olaraq qırmızı bayraq qaldırılmışdı.