AZ

Ermənistan parlamentində gərginlik yaşanıb - VİDEO

Ermənistan parlamentində növbəti dəfə qalmaqal yaşanıb. Yerli medianın yaydığı məlumata görə, buna səbəb jurnalist Vahe Makaryanın bu gün Milli Assambleyanın müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının iclasında iştirakı olub.

"Məlum olduğu kimi, jurnalistə parlamentin spikeri Alen Simonyanın əmri ilə qadağa qoyulub. Yəni onun binaya girişi qanunsuz olub.  İclas zamanı təhlükəsizlik xidmətinin əməkdaşları ondan binadan çıxmasını tələb ediblər. Sonra jurnalisti zaldan çıxarıblar", - "Mamul" nəşri yazıb. 

Vahe Makaryan bildirib ki, o, deputat Qeqam Manukyanın xahişi ilə iclasda iştirak edib və binadan çıxmağa hazırlaşmır. Nəticədə güc strukturunun əməkdaşları jurnalistin qollarını bükərək zorla binadan çıxarıblar.

“Bunlar Alenin və aparat rəhbərinin uydurduğu qanunlardır, sizin məni oradan çıxarmağa haqqınız yoxdur”, - deyə Makaryan etiraz edib.



Tural

Seçilən
15
news365.az

1Mənbələr