AZ

Türkiyə klubu "Atletiko"dan ayrılacaq futbolçu ilə maraqlanır

Başa çatan mövsümdə Türkiyə Superliqasında 3-cü yeri tutaraq Konfans Liqasında mübarizə aparmağa haqq qazanan “Samsunspor” transfer çalışmalarını davam etdirir.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi “Atletiko”nun müdafiəçisi Reyinildo Mandava iə maraqlanır.

“Samsunspor” gələn ayın sonunda Madrid klubu ilə müqaviləsi başa çatacaq mozambikliyə 2 illik müqavilə təklif edib.

Sol cinah müdafiəçisi 2022-ci il yanvarın 31-də “Lill”dən “Atletiko”ya keçmişdi. O, “Fafe”, “Kovilya”, “Belenenseş” klublarında da oynayıb.

saytlarin hazirlanmasi

Seçilən
16
2
sportal.az

3Mənbələr