AZ

Tehranın nüvə proqramından əl çəkmək istəməməsi Güney Azərbaycandakı soydaşlarımızı da potensial zərbə hədəfinə çevirir

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin Cümə günü sübh saatlarında İrana qarşı hava hücumlarına başlaması və 200-dən artıq qırıcı təyyarə ilə İranın müxtəlif təyinatlı hədəflərinə (o cümlədən hərbi və nüvə obyektlərinə) zərbələr endirməsi gözlənilən idi. Çünki İranın sürətlə genişlənən nüvə proqramı ilə bağlı gərginlik gün-gündən artırdı. İran nüvə proqramından əl çəkmək fikrinin olmadığını açıq-aşkar nümayiş etdirirdi. Bu isə nəinki İsrail üçün, əslində bütün bölgə üçün potensial təhlükə mənbəyi demək idi. Ona görə də belə bir gərginlik fonunda İsrail Hərbi Hava Qüvvələri (HHQ) İranın paytaxtındakı bir neçə nüvə proqramını həyata keçirən vacib obyektlərinə zərbələr endirdi. Zərbələrin nəticələri isə artıq hər kəsə məlumdur. İsrailin hücumu nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Salami, Xatəmül-Ənbiya qərargahının komandiri general-mayor Qulaməli Rəşid, nüvə alimləri Məhəmməd Mehdi Tehrançı və Feridun Abbasi nöqtə atəşi ilə məhv edilib. Eyni zamanda, Natanzda yerləşən əsas nüvə zənginləşdirmə obyekti ciddi zədələnib. Məhv edilən nüvə fizikləri İran üçün nüvə bombası üzərində işləyirdilər. Beləliklə, İsrailin sarsıdıcı hücumu nəticəsində İranın həm hərbi komandanlığı sıradan çıxarıldı, həm də nüvə proqramı ciddi zərbə aldı. Və bir daha məlum oldu ki, hamıya meydan oxuyan İran İslam Respublikasının paytaxtı hava hücumlarından müdafiə olunmaq imkanlarından tamamən məhrumdur. İranın ən önəmli hərbi rəhbərlərinin və nüvə alimlərinin bir-bir yataqlarındaca öldürülməsi, hava hücumlarından müdafiə sisteminin və hətta elementar hava həyəcan siqnalının belə işə düşməməsi kimi faktlar onu göstərir ki, İranın "hərbi qüdrəti" üfürülmüş şar effektindən başqa bir şey deyilmiş. Bu mənada, İsrailin son hücumları İranın təkcə hərbi komandanlığını və nüvə alimlərini məhv etmədi, həm də İranın imicini darmadağın etdi, onun nüfuzuna ağır zərbə vurdu. Bu zərbədən sonra fars-molla rejiminin rəhbəri Seyid Əli Xamenei hər nə qədər İsraildən qisas alınacağını bəyan etsə də, lakin nüvə zənginləşdirmə proqramının ürəyinə endirilən zərbədən sonra İran İsrail Respublikasının yenidən özünü toparlaması qeyri-mümkündür. Düşünün ki, bir ölkənin hərbi rəhbərliyi özünün və nüvə alimlərinin təhlükəsizliyini qoruya bilmirsə, bütövlükdə İranın müdafiəsinin necə bərbad səviyyədə olduğu tam olaraq üzə çıxır.İranın bu cür ağır zərbə alması həm Yaxın Şərqdə gərginliyin azalmasına, həm də Cənubi Qafqazda geosiyasi proseslərin normal məcraya dönməsinə zəmin yarada bilər. Zəngəzur dəhlizinin açılmasına hər vasitə ilə mane olmağa çalışan rəsmi Tehranın mövqeyində ciddi şəkildə yumşalmanın baş verəcəyi gözləniləndir. İranın zəifləməsi Ermənistan və Rusiya istisna olmaqla, hamının maraqlarına cavab verir. Lakin eyni zamanda, İranda yaşayan 40 milyona yaxın soydaşımızın taleyi də bizi ciddi şəkildə düşündürür. Molla rejiminin nüvə proqramından əl çəkmək istəməməsi Güney Azərbaycandakı soydaşlarımızı da potensial zərbə hədəfinə çevirir. Təsadüfi deyil ki, İsrailin ötən gecə Güney Azərbaycanda 10 məntəqəyə endirdiyi zərbələr nəticəsində Təbriz şəhərində 3 nəfər həlak olub. Bu baxımdan, rəsmi Bakının İsrail tərəfindən İran ərazilərinə qarşı həyata keçirilən son hücumdan narahatlığını bildirməsi anlaşılandır. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrail-İran qarşıdurması ilə bağlı bəyanatında tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırıb. Ümid edək ki, Tehran və Təl-Əviv Bakının bu çağırışına müsbət reaksiya verəcək. Bu arada molla rejimi də bundan sonra ritorikasını dəyişməli, davakar və destruktiv siyasətinə son qoymalıdır. Həmçinin, nüvə proqramı da dayandırılmalıdır. Mollalar başa düşməlidirlər ki, dinc siyasət yürütmək həm İranın, həm də bölgə ölkələrinin maraqlarına tam cavab verir. Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Seçilən
13
1
newscenter.az

2Mənbələr