AZ

İran Natanzdakı nüvə obyektinə zərbə endirilməsini təsdiqlədi

İsrail Müdafiə Ordusunun (SAXAL) hücumu nəticəsində Natanz şəhərində yerləşən nüvə obyektinin zədələndiyi təsdiqlənib.

Bu barədə İranın Atom Enerjisi Təşkilatı (İAET) məlumat yayıb.

İran rəsmiləri bildiriblər ki, zərbə nəticəsində nə kimyəvi, nə də radiasiya sızması baş verməyib. Obyektdə heç bir təhlükəli sızma qeydə alınmayıb.

Eyni zamanda İsrailin təhlükəsizlik xidmətləri "Ynet" portalına bildirib ki, Natanzdakı nüvə obyektinin tamamilə məhv edildiyi ehtimal olunur. Lakin İsfahan vilayətinin müdafiə və hüquq-mühafizə orqanları üzrə sədr müavini Əkbər Salehi deyib ki, nüvə obyektinin bütün heyəti sağdır.

Seçilən
37
far.az

1Mənbələr