Bəzi erməni və rus teleqram kanallarında Azərbaycanla bağlı növbəti feyk məlumat yayılıb.
Adalet.az xəbər verir ki, sözügedən saxta məlumatda Azərbaycanın İran raketləri və kamikadze PUA-larının mümkün hücumunu dəf etmək üçün öz qırıcı təyyarələrini hazır vəziyyətə gətirdiyi bildirilib.
İsrail və İran münasibətlərinin gərginləşdiyi bir zamanda heç bir reallığı əks etdirməyən bu saxta məlumatların yayılması onu deməyə əsas verir ki, bütün bunlar mərkəzləşdirilmiş qaydada Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir.