AZ

Hindistan Boeing 787 8 təyyarələrinin uçuşlarını dayandıra bilər

ain.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

NDTV-nin məlumatına görə, Hindistan hakimiyyəti Əhmədabadda baş vermiş aviaqəza fonunda Boeing 787-8 Dreamliner təyyarələrinin uçuşlarını dayandırmağı nəzərdən keçirir.

AzPost xəbər verir ki, Hindistanın Mülki Aviasiya Nazirliyi ölkədəki bütün Dreamliner təyyarələrində təhlükəsizlik yoxlamalarının aparılmasını planlaşdırır.

Hadisə nəticəsində ciddi itkilər qeydə alınıb. Qəza zamanı Air India şirkətinə məxsus, 242 nəfəri daşıyan Boeing 787 qalxışdan qısa müddət sonra yaşayış məntəqəsinə enərkən qəzaya uğrayıb. Son məlumata əsasən, 265 nəfərin meyiti tapılıb. Bir nəfər sağ qalıb, hadisə yerində olanlar arasında da ölənlər var.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Qəzaya səbəb hələlik müəyyən edilməyib.

Qeyd edək ki, hadisənin baş verdiyi Əhmədabad Hindistanın qərbində yerləşir. Yayılan məlumatlara görə, təyyarənin “qara qutuları” artıq tapılıb və araşdırma davam edir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azpost.info

2Mənbələr