“İsrailin İrana hücumu nəticəsində zərər çəkmiş şəxslər arasında Azərbaycan vətəndaşının olması barədə qaynar xətlərə məlumat daxil olmayıb”.
Referans xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.
Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta