AZ

Deputat "hökumət saatı" müəyyənləşdirməyi təklif etdi

Dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə səsvermədə mövqeyimi bildirəcəyəm. Yaxşı işlər də var, narahatedici məqamlar da. 
Büdcənin icrasında get-gedə şəffaflığın artırılmasını hiss edirəm və bu xoşdur.

Ölkə.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, büdcədə hər il artımlar görürük və istərdim ki, bu artımlar real iqtisadiyyatın real nəticələrinə söykənsin. “Daxili məhsulların artması nəticəsində nail olunsun. İstərdim ki, adambaşına düşən məhsulun həcminə görə qonşu ölkələrdən geri qalmayaq. Növbəti büdcələrdə rəqabətli əməkhaqları məsələsi həll edilsin və əməkhaqları arasındakı ciddi fərqlər aradan qaldırılsın və bu sahədə qonşu ölkələrdən geri qalmayaq”, - o qeyd edib.

Deputat çıxışı zamanı təklif edib ki, parlamentdə "hökumət saatı" müəyyənləşdirək və ayda bir dəfə bir hökumət üzvü suallarımızı cavablandırsın: “Komitə iclaslarında, plenar iclaslarda əhatəli danışmaq və canlı, interaktiv sual-cavab etmək mümkün olmur. Suallar və narahatlıqlar da yığılıb qalır.
Ayrı-ayrı hökumət üzvlərinə, nazirlik, agentlik, səhmdar cəmiyyətlər və sair rəhbər şəxslərə ciddi suallarımız var. Bu məsələlərdə Parlamentin rolu nəinki artırılmalı, həm də mütləq olmasına zərurət yaranıb. Deputatın işi yalnız hazır gələn qanunları müzakirə etmək olmamalıdır. Qanunvericiliyin yaradılmasında yaxından iştirak etməlyik. Qanunlar gəlir və göndərən subyekt dəyişikliklərə qarşı olur. Bu yolverilməzdir”.

Mürtəza
Ölkə.az

Seçilən
13
1
olke.az

2Mənbələr