AZ

“Bank Respublika”dan Ümumdünya Qan Donoru Günü ərəfəsində xeyirxah təşəbbüs

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Ölkəmizdə çoxsaylı sosial layihələr həyata

keçirən respublikanın aparıcı banklardan biri olan Bank Respublika, 14 iyun – Ümumdünya

Qan Donoru Günü ərəfəsində növbəti xeyirxah təşəbbüs həyata keçirib.

AZXEBER.COM xəbər verir ki, Respublika Qan Bankı və Azərbaycan

Talassemiya Federasiyasının dəstəyi ilə Bankın Ofisində talassemiya, hemofiliya

və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün "Qan ver, bir həyat da

sən qurtar” şüarı altında qanvermə aksiyası həyata keçirilib.

Aksiyaya "Bank Respublika”nın İdarə Heyətinin sədri

Tariyel İsmayılov, Bankın rəhbər heyəti, eləcə də müxtəlif departament və

filiallarının əməkdaşları könüllü olaraq qoşulub. Qeyd etmək lazımdır ki, bu

kimi qanvermə aksiyaları Bank Respublikada artıq ənənə halını alıb və mütəmadi

olaraq həyata keçirilir.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Aksiya çərçivəsində donorların sağlamlıq vəziyyəti

Respublika Qan Bankının peşəkar həkim-hematoloqları tərəfindən əvvəlcədən

yoxlanılıb və yalnız sağlamlıq göstəriciləri uyğun olan şəxslərdən qan

götürülüb.

Bank Respublika hər kəsi bu cür aksiyalarda iştirak

etməyə, donor olaraq ehtiyacı olanlara dəstək olmağa çağırır!

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin,telegram səhifələrində və ya

Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə

zəng edərək əldə edə bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
13
azxeber.com

10Mənbələr