AZ

Bu qidalar bağırsaqlarınızı işlədəcək

ain.az bildirir, News24 portalına istinadən.

Mütəxəssislər bildirirlər ki, həzm sistemi təkcə qidanın emalına cavabdeh deyil, həm də immunitet, əhval, dəri sağlamlığı və hətta xroniki xəstəliklərlə birbaşa əlaqəlidir. Bu sistemin ən yaxın müttəfiqləri illərdir mətbəxlərimizdə olan, lakin son vaxtlar layiq olduqları diqqəti görməyə başlayan fermentləşdirilmiş qidalardır.

News24.az bağırsaqlarınıza faydalı olacaq və süfrələrinizə ləzzət qatacaq qidaları təqdim edir:

1. Qatıq

Evlərin vazkeçilməzi olan qatıq, tərkibindəki probiotiklərlə həzm sisteminin tarazlığını qorumağa kömək edir. Xüsusilə antibiotiklərin istifadəsindən sonra bağırsaq florasının bərpasında təsirli olur. Mütəxəssislər adi və şəkərsiz, tərkibində qatqı olmayan qatıq növlərinə üstünlük verməyi tövsiyə edirlər.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

2. Kefir

Qatığın içməli forması olan kefir probiotik müxtəlifliyi baxımından kifayət qədər zəngindir. Süd turşusu bakteriyaları və mayalarla dolu bu fermentləşdirilmiş içki həzm problemlərinə qarşı xüsusilə təsirlidir. Süd əsaslı olmasına baxmayaraq, bitki əsaslı alternativlər də var.

3. Kələm turşusu

Kələm turşusu bağırsaq sağlamlığı üçün mükəmməl bir qidadır. Tərkibində lif və faydalı mikroorqanizmlər olan kələm turşusu həzmi asanlaşdırır və immunitet sistemini gücləndirir. Lakin onun faydalarından tam yararlanmaq üçün xam və pasterizə olunmamış variantları istehlak etmək lazımdır.

Günel Məlikzadə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
news24.az

2Mənbələr