AZ

Markus Raşford yekun qərarını verdi

İngiltərə millisinin cinah hücumçusu Markus Raşford öz agentləri ilə görüşərək gələcək karyerası barədə qərarını qətiləşdirdiyini bildirib.

Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.

Məlumata görə, müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan, son mövsümü icarə əsasında "Aston Villa"da top qovan futbolçu "qırmızı şeytanlar"dan ayrılaraq "Barselona"ya keçmək istədiyini deyib. Mənbə MY-də hər mövsüm üçün 10 milyon avroya yaxın maaş alan Raşfordun Kataloniya təmsilçisində oynamaq üçün əməkhaqqının azaldılmasına da razı olduğunu vurğulayıb. İngiltərə nəhənginin milli üzvünün satışında 40 milyon funt sterlinq (47,2 milyon avro) qazanmağı hədəflədiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, 27 yaşlı oyunçunun adı "Aston Villa", "Çelsi", İnter", "Arsenal" və "Milan" kimi klublarla da yanaşı çəkilir. 

Nihat

Seçilən
28
1
fanat.az

2Mənbələr