AZ

Vəsaitlərin təyinatı üzrə xərc edilməsi istiqamətində təkmilləşdirmələr aparılır

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Aktual məsələlərdən biri kimi, bölgələrdə səhiyyə infrastrukturunun və insan resurslarının çatışmazlığı, xəstəxana şəbəkəsinin optimallaşdırılması və müasir tibbi texnologiyaların tətbiqi istiqamətində ayrılan vəsaitlərin səmərəli istifadəsinə nəzarətin daha da gücləndirilməsi millət vəkillərini maraqlandıran mövzular sırasında idi".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında maliyyə naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, ölkə ərazisində göstərilən dövlət səhiyyə xidmətlərinin əsas hissəsi icbari tibbi sığorta çərçivəsində TƏBİB-in qurumları tərəfindən həyata keçirilir. 

Nəzərə çatdırıb ki, bu məqsədlə hər ilin dövlət büdcəsindən əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması və səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərin icrası üçün müvafiq məbləğdə vəsaitlər ayrılır və tam maliyyələşdirilir. 

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

"Müqayisə üçün, 2024-cü ilin dövlət büdcəsində bu məqsədlə ayrılan vəsait 3 il öncəsinə nisbətən 323  milyon manat və ya 31 faiz çox olmaqla, 1,368 milyon manat vəsait təşkil edib. Həmin vəsaitlərdən başqa, İcbari Tibbi Sığorta Fonduna icbari tibbi sığorta ödənişləri və aksizlər üzrə daxilolmalar da yığılır ki, bunun nəticəsində Fondun 2024-cü il üzrə gəliri 2,5 milyard manata çatmış və maliyyə imkanları ötən illərə nəzərən daha da artıb".

Bildirib ki, ölkə ərazisində əhalinin  keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin olunması üçün kifayət qədər maliyyələşmə formalaşdırılır. Ayrılan vəsaitlərin təyinatı üzrə səmərəli xərc edilməsi istiqamətində mütəmadi şəkildə təkmilləşdirmələr aparılır.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
2
bakivaxti.az

3Mənbələr