AZ

Qeyri-yaşayış sahələrinin alınması üçün 15 ilədək ipoteka krediti

Xalq Bank ofis, satış və ya istehsalat obyektinə sahib olmaq istəyənlərə 15 ilədək müddətə sərfəli kommersiya ipotekası təklif edir.

Finss.az xəbər verir ki, kreditin məbləği müştərinin tələbatına uyğun olaraq müəyyənləşdirilir, illik faiz dərəcəsi isə 12%-dən başlayır. Kredit əldə etmək üçün ilkin ödəniş kimi alınacaq qeyri-yaşayış obyektinin dəyərinin minimum 30%-i tələb olunur.

Bu kredit növü sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə uzunmüddətli biznes planlarını reallaşdırmaq imkanı yaradır.

Ətraflı məlumat üçün: //www.xalqbank.az/az/ferdi/kreditler/qeyri-yasayis-sahelerinin-ipotekasi

Fuad Mədətov
Finss.az

Seçilən
39
fins.az

1Mənbələr