
İsrailin İrana qarşı başladığı genişmiqyaslı hərbi hücuma "Am Kelavi”(Aslan kimi millət) adını verib. Ulusum.az xəbər verir ki, əməliyyat ingilis dilində “Rising Lion” (Yüksələn aslan) adlandırılıb.Bu adın sadəcə hərbi deyil, həm də dini və simvolik mənası var.İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyatdan əvvəl, cümə axşamı günü Qərb divarına (ağlama divarı) əlyazma bir qeyd yerləşdirib. Həmin qeyddə bu sözlər yazılıb: “Xalq aslan kimi qalxacaq.”Bu ifadə Bibliyada, Saylar kitabının 23:24 ayəsində yer alır: "Bu xalq şir kimi qalxır, Aslan kimi pəncəsi üstdə durur. Öz şikarını yeməyincə,Öldürülənlərin qanını içməyincə rahatlaşan deyil".Xatırladaq ki, bu gün səhər saatlarında İsrail İrana hücum edib. Zərbə zamanı SEPAH komandiri Hüseyn Səlami və Baş Qərargah rəisi Məhəmməd Baqiri də həlak olub.
Diqqət Çəkənlər
Hindistanda DƏHŞƏT: Təyyarə yaşayış məhəlləsinə düşdü – 240-dan çox sərnişin var idi - VİDEO
Dronlar savaşın yeni üzü — Trampdan Rus-Ukrayna münaqişəsi barədə şok açıqlama
Air India təyyarə qəzasında bir nəfər sağ qaldı – sərnişin Britaniya vətəndaşıdır - VİDEO