AZ

Azad edilmiş rayonlarda yaşıllıq sahələrinin yaradılması ilə bağlı görülən işlər açıqlanıb

Xankəndi. Trend:

İşğaldan azad edilmiş rayonların ərazi planlaşdırma sənədlərinəuyğun olaraq, yaşıllıq sahələrinin yaradılması məqsədilə ayrılmıştorpaq sahələrində Zəngilan rayonu ərazisində 55 hektar, Cəbrayılda50 hektar, Ağdamda 11 hektar və Füzulidə 16 hektar yeni yaşıllıqsahəsi salınıb.

Trend xəbərverir ki, bunu Xankəndi şəhərində keçirilən Ekoloji məsələlər üzrəİşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirininmüavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, meşə fondu ərazilərinin minalardan vəpartlamamış hərbi sursatlardan təmizlənməsi planları çərçivəsindəCəbrayılda 72 hektar, Zəngilanda 142 hektar, Qubadlıda 70 hektar,Füzulidə isə 2 hektar meşə fondu sahəsində əkin və səpin işləriicra olunub.

Həmçinin 2025-ci ilin payız əkin mövsümündə Ağdərə, Laçın,Zəngilan və Cəbrayıl rayonlarının meşə fondu sahələrində azı 240hektar ərazidə meşəbərpa tədbirlərinin aparılması planlaşdırılıb vəhazırda bununla bağlı müvafiq hazırlıq işləri görülür.

Seçilən
58
10
az.trend.az

10Mənbələr