AZ

AZAL Yaxın Şərqdəki gərginliyə görə bir neçə ölkəyə uçuşları dayandırdı

Yaxın Şərqdə təhlükəsizliklə bağlı yaranmış vəziyyət və bəzi ölkələrin hava məkanını bağlaması səbəbilə “Azerbaijan Airlines” (AZAL) aviaşirkəti İsrail, İran və Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırılan bir neçə reysi ləğv edib.

AZAL-ın yaydığı məlumata görə, ləğv olunan reyslər bunlardır:

13 iyun

Bakı – Təl-Əviv – Bakı (J2 021/022 və J2 321/322)

Bakı – Tehran – Bakı (J2 8017/8018)

Bakı – Dubay – Bakı (J2 011/012)

14 iyun

Bakı – Təl-Əviv – Bakı (J2 021/022)

“Uçuşların təhlükəsizliyi AZAL üçün əsas prioritetdir”, – deyə şirkətdən bildirilib. Sərnişinlərə [email protected] ünvanı vasitəsilə əlaqə saxlamaq tövsiyə olunur.

Seçilən
4
2
news365.az

3Mənbələr