AZ

Türkiyədə itkin düşən 16 yaşlı qız tapılıb

Zonguldak vilayətinin Alaplı rayonunun İsafaklı kəndində itkin düşən 16 yaşlı qız tapılıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, gecə saatlarında evdən çıxan və geri qayıtmayan E.Y.S.-nin yoxa çıxması ilə bağlı ailə səhər saatlarında 112 Təcili Xidmətə məlumat verib.

Əraziyə jandarma, UMKE və digər axtarış-xilasetmə qrupları cəlb olunub. Təhlükəsizlik kameralarının araşdırılması nəticəsində E.Y.S.-nin kəndin çıxışında görüldüyü müəyyən edilib.

12 saatlıq axtarışdan sonra yeniyetmə evindən 5 kilometr aralıda yerləşən Aşağıdağ kəndində bir sakinin evində aşkar edilib və jandarma tərəfindən ailəsinə təhvil verilib.

Anası övladını gördükdə göz yaşlarını saxlaya bilməyib.

Seçilən
19
azedu.az

1Mənbələr