AZ

İrana qarşı "ekzistensial döyüş"ə başlamışıq

İsrail Hərbi Kəşfiyyat İdarəsinin rəisi general-mayor Şlomi Binder İsrailin İrana qarşı "ekzistensial döyüş"ə başladığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

“Bizi məhv etməyə çalışan bir düşmənə qarşı başqa bir döyüşə giririk. Onlar nüvə imkanlarını inkişaf etdirməyə çalışırlar, bu inkişafda sürətlə irəliləyirlər. Bizim məqsədimiz bunu pozmaq və bu təhlükəni aradan qaldırmaqdır", - Binder söyləyib.

O, ordunun çox yüksək hazırlıq səviyyəsində olduğunu, İrana qarşı döyüşə çox güclü başlanğıc mövqeyi sərgilədiklərini qeyd edib.

Seçilən
31
1
publika.az

2Mənbələr