AZ

Azərbaycanda illik inflyasiya məlum olub - RƏQƏMLƏR

2025-ci ilin may ayında 2024-cü ilin may ayına nisbətən illik inflyasiya 6,3 faiz təşkil edib. Bu dövrdə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 7,8 faiz, qeyri-qida məhsulları 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 7,3 faiz bahalaşıb.

Valyuta.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, may ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz azalıb (deflyasiya). 2025-ci ilin yanvar-may aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlər 5,9 faiz artıb.

Ay ərzində ayrı-ayrı qida məhsullarından mal əti, kolbasa məmulatları, kərə və bitki yağları, limon, alma, armud, kivi, kələm, brokkoli, çuğundur, bal, qəhvə və kakao bahalaşıb. Əksinə, yumurta, banan, çiyələk, göyərti, xiyar, pomidor, bibər, badımcan, sarımsaq, soğan və kartofun qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Qeyri-qida məhsulları üzrə isə yay geyimləri, sement və məişət cihazlarının qiyməti artıb, kəsilmiş taxta, kərpic və planşet kompüterlərin qiyməti isə düşüb.

Xidmətlər sektorunda əsas bahalaşma tibbi xidmətlərin və iaşə (restoran, kafe) xidmətlərinin qiymətlərində qeydə alınıb.

Seçilən
11
1
valyuta.az

2Mənbələr