AZ

XİN-dən vətəndaşlara MÜRACİƏT

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrail və İran arasında yaranmış gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar vətəndaşlara zəruri olmadığı təqdirdə bu ölkələrə səfər etməmək, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri barədə xəbərdarlıq edib.

AzPost xəbər verir ki, XİN İranda olan Azərbaycan vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına ciddi riayət etməyi, hərbi və nüvə obyektlərinə yaxın ərazilərdən uzaq durmağı, yerli təhlükəsizlik təlimatlarına uyğun davranmağı tövsiyə edir.

Fövqəladə vəziyyət zamanı vətəndaşlar aşağıdakı əlaqə vasitələri ilə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə əlaqə saxlamalıdırlar:

İran Səfirliyi:
E-poçt: [email protected]
Telefon: +98 905 523 01 07

Təbriz Baş Konsulluğu:
E-poçt: [email protected]
Telefon: +961 4 922 066

Eyni zamanda, İsraildə olan Azərbaycan vətəndaşlarına da təhlükəsizlik qaydalarına əməl etmələri və yerli qurumların göstərişlərinə ciddi riayət etmələri xahiş olunur. Nazirlik İsrailə səfərdən də zəruri olmadıqca çəkinməyi tövsiyə edir.

Fövqəladə hallar zamanı Azərbaycan Respublikasının İsraildəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaq mümkündür:

İsrail Səfirliyi:
E-poçt: [email protected]
Telefon: +972 54 539 77 88

XİN vətəndaşları vəziyyətlə bağlı diqqətli olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

AzPost.az

Seçilən
7
azpost.info

1Mənbələr