Azərbaycanın süd məhsulları istehsalçısı "Milk Pro" MMC ləğv olunduğunu elan edib.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 29, 6-cı km ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Milk-Pro" 2004-cü ildə yaradılıb. 2023-cü ilə qədər İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC şirkətdə 20 % paya malik olub. Kommersiya qurumu dəfələrlə vergi hesabatını və yaxud onu əvəz edən arayışı vaxtında təqdim etmədiyi üçün ona qarşı maliyyə sanksiyası tətbiq edilib.