AZ

"Tottenhem" rəsmən ona tapşırıldı

“Tottenhem”in mətbuat xidməti Tomas Frankın klubun yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.

Publika.az xəbər veirr ki, danimarkalı mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb.

Frank bundan əvvəl İngiltərənin “Brentford” klubunu çalışdırıb. KİV-də yayılan məlumatlara görə, “Tottenhem” onun üçün təxminən 12 milyon avro məbləğində təzminat ödəyib.

Tomas Frankla birlikdə “Brentford”dan köməkçi məşqçi Castin Kokren, performans şöbəsinin rəhbəri və köməkçi məşqçi Kris Haslam, həmçinin komanda analitiki Co Nyuton da “Tottenhem”ə keçib. Bundan əlavə, “Mançester Yunayted”in köməkçi məşqçisi Andreas Yeorqson da məşqçilər heyətinə qatılıb.

Seçilən
11
publika.az

1Mənbələr