AZ

Deputat: “İranın bir nömrəli müttəfiqi olan Ermənistanın da mövqeləri bundan sonra zəifləyəcək”

Pravda.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“İran-İsrail müharibəsi regiona mütləq təsir edəcək. Bu da regional aktorlardan asılı olaraq kiminin mövqeyini daha da gücləndirəcək, kiminin mövqeyini isə zəiflədəcək. Düşünürəm, İranın regionda bir nömrəli müttəfiqi olan Ermənistanın da mövqeləri bundan sonra zəifləyəcək. Regional inteqrasiya, o cümlədən Zəngəzur dəhlizinin açılması üçün yeni fürsətlər yaranacaq”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, uzun müddətdir, davam edən İran-İsrail gərginliyinin məntiqi nəticəsi olaraq İsrailin İrana müdaxiləsi baş tutdu: “İsrail öz təhlükəsizlik maraqları prinsipindən çıxış edərək belə bir addım atdığını bildirir. İsrailin mövqeyindən anlaşılan budur ki, əməliyyatların keçirilməsi zərurət idi və vaxtının müəyyənləşdirilməsi də əməliyyatların özü qədər əhəmiyyətli idi. Çünki belə bir əməliyyatın keçirilməsi bir gün əvvəl tez, bir gün sonra isə gec ola bilərdi. Buna görə də, düşünürəm, İsrail vaxtı müəyyənləşdirərkən də strateji analiz aparıb. Nəticədə, bir neçə gün sonra Omanda ABŞ və İran arasında yeni raund baş tutacaqdı. Optimal olaraq görünür ki, əməliyyat üçün vaxt iyunun 3-ü seçilib. Məsələnin başqa bir tərəfi bundan ibarətdir ki, İranın davranışları bəyənatları qədər sərt olmadı, ya da ola bilmədi. Cəmi bir gün öncə az qala bütün rəsmilər bəyan edirdilər ki, biz hər şeyə, hər cür savaşa hazırıq. Nəticədə isə bəlli oldu ki, bu, sadəcə bəyanat imiş. Real hərbi qarşıdurma kontekstində İran tamamilə hazırlıqsız imiş. Birdən-birə dövlətin təhlükəsizliyinə cavabdeh olan ən məsul vəzifələrin, ən tanınmış şəxslərin nöqtə atışları ilə aradan götürülməsi bir daha ortaya qoydu ki, İranda ciddi kəşfiyyat problemləri də var imiş. Düşünürəm, prosesin bu cür davam etməsi regionda bu vaxta qədər həll olunmamış məsələlərin həllinə gətirib çıxaracaq. Bu nəticəyə gələnə qədər biz hələ daha dramatik və gərgin hadisələri müşahidə edə bilərik. Əlbəttə, nəticədə mövcud gərginlik pik həddə idi və bundan sonra da belə davam edə bilməzdi. Danışıqların nə vaxt baş tuta biləcəyi barədə də İsrailin öz planlarının olduğunu düşünürəm. Nə vaxt problemin həlli üçün diplomatik masaya qayıtmağın mümkün olduğunu hesab edəcəksə, onda da qayıdacaq. Bu, daha çox İranın bundan sonrakı davranışlarından asılı olacaq. Görək, İran hansı səviyyədə cavab verməyi bacaracaq? Ümumiyyətlə, İranın İsrailə hərbi baxımdan cavab vermək qabiliyyəti varmı? Bu da sonrakı proseslərin nəticəsini təyin edəcək”.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
pravda.az

2Mənbələr