AZ

Azərbaycanda hər il 10 minə yaxın adam xərçəng xəstəliyindən ölür

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

“Əsrin bəlası” adlandırılan xərçəng xəstəliyi Azərbaycanda da minlərlə ailəyə faciə gətirir. Ən pisi də budur ki, bu bəlaya düçar olan, nəticədə faciə ilə üzləşənlərin sayı ilbəil kəskin şəkildə artır. Bizimyol.info xəbər portalının əldə etdiyi statistik göstəricilər bunu deməyə əsas verir.

Ötən il “World Statistics” resursunun hesabatında açıqlanmışdı ki, ürək-damar xəstəliklərindən həyatını itirən hər 100 min nəfər əhaliyə düşən ölüm sayına görə Azərbaycan Tacikistandan sonra 2-ci yerdədir. Yəni, Azərbaycanda ürək-damar xəstəliklərindən ölənlərin sayı çoxdur. Bu narahatlıq rəsmi səviyyədə də etiraf olunur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkədə 75 min 647 ölüm halı qeydə alınıb ki, bunun da 41 min 228-i ürək-damar xəstəliyindən baş verib. 2021-ci ildə bu rəqəm 41 min 708, 2022-ci ildə 34 min 423, 2023-cü ildə isə 33 min 183 olub.

Ölümün səbəbləri arasında ikinci yerdə isə xərçəng xəstəliyi gəlir. Rəqəmlərə nəzər salanda görünür ki, hər il ölkədə təxminən 10 min nəfər xərçəng xəstəliyindən dünyasını dəyişir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə 9818 nəfərin ölüm səbəbi yenitörəmələr olub. 2022-ci ildə bu rəqəm 8369, 2021-ci ildə isə 8509 olub. 2020-ci ildə isə 9879 nəfər xərçəngdən dünyasını dəyişib.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

2023-cü ilin statistik məlumatlarına əsasən, ölkədə rəsmi olaraq 69 min 435 nəfər onkoloji xəstə kimi qeydiyyatdadır. 2022-ci ildə isə 62 min 385 nəfər olub. Yəni bir il ərzində 7050 nəfər çoxalıb.

Dünyada tibb inkişaf etdiyi bir vaxtda Azərbaycanda xərçəng xəstələrinin və bu xəstəlik səbəbindən ölüm hallarının sayının artmasını şərh edən həkim Rəna Məmmədova deyir ki, burada müxtəlif amilləri sadalamaq olar. Onun sözlərinə görə, genetikadan tutmuş, ekologiyanın çirklənməsi, keyfiyyətsiz qidalanma, siqaret və spirtli içki istifadəsinə qədər qədər ayrı-ayrı səbəblər öz təsirini göstərir.

Bir çox başqa ölkələrlə müqayisədə Azərbaycanda xərçəng xəstəliyindən ölüm hallarının çoxluğunu isə həkim belə izah edir:

“Çox təəssüf ki, bizdə əksər hallarda insanlar mütəmadi həkim müayinəsinə getmirlər, yoxlamadan keçmirlər. Bunun da obyektiv və subyektiv səbəbləri var. Əlbəttə, mən məsələnin maddi tərəfini başa düşürəm. Amma digər tərəfdən də gec olur. Elə bir vaxtda gəlirlər ki, xəstəlik xeyli inkişaf etmiş vəziyyətdə olur. Bu halda, onun müalicəsi də çətinlik yaradır. Amma vaxtlı-vaxtında müayinədən keçəndə xəstəliyi də zamanında aşkarlamaq mümkün olur”.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
bizimyol.info

1Mənbələr