AZ

NATO-dan İsrail-İran savaşına reaksiya: Biz yoxuq

NATO-ya üzv olan bir sıra dövlətlər İsrailin İrana zərbələrindən sonra Yaxın Şərqdə münaqişənin gərginliyini azaltmağa çalışırlar.

Publika.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.

"Bu, çox dinamik və sürətlə dəyişən vəziyyətdir. Söhbət İsrailin birtərəfli hərəkətindən gedir. Bir çox NATO ölkələri, xüsusən də ABŞ üçün münaqişənin deeskalasiyası üzərində işləmək vacibdir. Mən bilirəm ki, onlar bunun üzərində işləyirlər", - baş katib deyib.

O, həmçinin bəyan edib ki, Yaxın Şərqdəki münaqişədə NATO-nun iştirakı yoxdur.

Seçilən
10
1
publika.az

4Mənbələr