AZ

Avrokuboklardan kənarda qalan klubda “kütləvi təmizləmə”

Uğursuz mövsüm keçirən "Turan Tovuz" bugünlərdə 9 futbolçu ilə yolları ayırdı.
Klub müqavilə müddətləri başa çatan İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevlə vidalaşdı.
Amma bu, son deyil. Klubdan redaksiyamıza verilən məlumata görə, Kurban Berdiyev hələ "qara siyahı"nı tamamlamayıb. Komandanı avrokuboklara daşımaq tapşırığının öhdəsindən gələ bilməyən baş məşqçi daha 5 futbolçunu düşərgədən göndərməyə hazırlaşır. "Baba" ləqəbli çalışdırıcı artıq onların adlarını rəhbərliyə təqdim edib, sadəcə, rəsmi surətdə açıqlanması qalıb.

SPORTİNFO.AZ

Seçilən
55
sportinfo.az

1Mənbələr