ain.az, Avtosfer saytına istinadən bildirir.
Bakı-Qazax yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyunun 13-də səhər saatlarında qeydə alınıb. Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə Bakı-Qazax avtomobil yolunun Ağdaşın Ləki qəsəbəsindən keçən 257-ci kilometrliyində baş verib: “Belə ki, Elnur Yusufzadənin idarə etdiyi “TIR” markalı yük avtomobili qarşıda hərəkətdə olan Şamil Mahmudovun idarə etdiyi və qoşqusu olan traktorla toqquşub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi zərər dəyib, traktorun sürücüsü Ş.Mahmudov xəsarət alıb”.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.