Peskovun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi, Prezident Vladimir Putinin tapşırığına əsasən, İsrail və İran arasındakı vəziyyətlə əlaqəda təfsilatlı bəyanat yayacaq.
![]() |
İsrail əməliyyatdan qabaq İranda gizli baza yaradıb |
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox təyyarə bu gün səhər saatlarında İrana genişmiqyaslı aviazərbələr endirib. Əməliyyat nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami və "Xətam Əl-Ənbiya" qoşunlarının komandiri Qulam Əli Rəşid, habelə başqaları həyatlarını itiriblər. İran Ordusu bu hücuma cavabən İsrail ərazisinə 100-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirməyə cəhd göstərib.
Firudin Həmidli
AzVision.az