AZ

Rusiya XİN: “İsrailin İran ərazisinə zərbələrini kəskin şəkildə pisləyirik”

Rusiya İsrailin İran ərazisinə zərbələrini kəskin şəkildə pisləyib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Rusiya bu cür hərəkətləri qəti şəkildə qəbuledilməz və regionda sabitlik və təhlükəsizliyə təhdid hesab edir. Həmçinin İsrailin İran ərazisinə əsassız zərbələr endirməsini qətiyyətlə pisləyir. BMT-nin suveren üzv dövlətinə, onun vətəndaşlarına qarşı səbəbsiz hərbi zərbələr qəti şəkildə qəbuledilməzdir", - deyə bəyanatda deyilir. 

Rusiya departamenti belə addımların regional və beynəlxalq təhlükəsizliyə zərər verəcəyi barədə xəbərdarlıq edib.

Moskva bölgədə gərginliyin daha da artmaması və genişmiqyaslı müharibənin qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırıb:

“İranın nüvə proqramı ətrafında nizamlanmanın hərbi həlli yoxdur və yalnız dinc, siyasi və diplomatik yollarla əldə edilə bilər”, - deyə Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya İsrail və İran arasında gərginliyin kəskin artmasından narahat olduğunu qeyd etmişdi. 
 

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrailin müdafiə naziri İsrael Katz İrana “önləyici zərbə” endirdiyini açıqlayıb.


İsrailin baş naziri Benyamin Netanyahu İsrailin hədəfləri arasında nüvə fizikləri və Natanz obyektinin olduğunu açıqlayıb.

Xatırladaq ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.

Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb.

Bizim.Media

Seçilən
2
bizim.media

1Mənbələr